Azərbaycan-ATƏT əməkdaşlığı və Avropa təhlükəsizliyi məsələləri ətrafında fikir mübadiləsi aparılıb

Azərbaycan-ATƏT əməkdaşlığı və Avropa təhlükəsizliyi məsələləri ətrafında fikir mübadiləsi aparılıb
  20 Fevral 2025    Oxunub:522
Azərbaycan Respublikası Milli Məclisinin ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov fevralın 20-də Vyanada ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.
AzVision.az xəbər verir ki, Qaya Məmmədov Feridun Sinirlioğlunu Baş katib vəzifəsinə təyin edilməsi münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycanın ATƏT yanında daimi nümayəndəsi Rövşən Sadıqbəylinin də iştirak etdiyi görüşdə Azərbaycan-ATƏT əməkdaşlığı və Avropa təhlükəsizliyi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti