Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
  20 Fevral 2025    Oxunub:330
Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
AzVision.az bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, bununla bağlı NİİM-in əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib.

"Eyni zamanda tablolarda "sürüşkən yol" işarəsi qoyulub.

Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir", - məlumatda qeyd olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti