“Bakı Metropoliteni” iki ildə 30 vaqon alacaq

   “Bakı Metropoliteni” iki ildə 30 vaqon alacaq
  20 Fevral 2025    Oxunub:441
Ötən il bağlanmış müqaviləyə uyğun olaraq, 20 yeni vaqonun alınması istiqamətində işlər aparılmalıdır.
Bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin Kommunikasiya departamentinin rəisi Şaban İmkani bildirib. Onun sözlərinə görə, ilin sonuna qədər hər biri 5 vaqondan ibarət 4 qatar Bakıya gətiriləcək.

“Onların yığılması prosesi Bakıda, metropolitenin elektrik deposunda tamamlanacaq. 2026-cı ildə isə 10 yeni vaqonun alınması nəzərdə tutulub. Ümumiyyətlə, Dövlət Proqramında nəzərdə tutulmuş qaydada vaqon parkının genişləndirilməsi zəruri tələbdir. Yeni stansiyaların inşası qatarlara olan tələbatı müəyyən edir.

Təbiidir ki, xətlər ayrılandan sonra həm Yaşıl, həm də Qırmızı xəttin öz depoları olacaq. Bənövşəyi xəttin 6 yeni stansiyasının tikilməsi isə burada da vəziyyəti tam dəyişəcək. Qatarların sayı əsaslı şəkildə artırılmalıdır. Buna görə “Xocəsən” elektrik deposunun ikinci mərhələdə inşası davam etdirilməli, təmir, qatarların gecələmə sahələri yaradılmalı, digər infrastruktur məsələlər həllini tapmalıdır”, - deyə o bildirib.

AzVision.az



Teqlər:





Xəbər lenti