Rezin borulardan metamfetamin çıxdı

Baxış zamanı həmin rezin boruların içərisində, ümumilikdə 42 ədəd sellofana bükülmüş bağlama müəyyən olunub. Həmin bağlamalardan 25 ədədinin içərisindən xüsusilə külli miqdarda, 983.316 qram metamfetamin psixotrop maddəsi aşkar edilib.
Aşkar edilmiş psixotrop maddəni ölkə ərazisində təhvil alacaq şəxslərin müəyyən edilməsi istiqamətində Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində içərisində psixotrop maddə olan rezin boruları təhvil alan 2 nəfər xarici ölkə vətəndaşı saxlanılıb və onlardan xeyli miqdarda narkotik vasitə - 16 həb metadon və 1 həb onun qırıntısı aşkarlanıb.
Faktla bağlı Əməliyyat-İstintaq Baş İdarəsində başlanılmış cinayət işi üzrə xarici ölkə vətəndaşları Cinayət Məcəlləsinin 206.3.2 və 234.4-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində Yasamal rayon Məhkəməsinin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə istintaq aparılır.
AzVision.az
Teqlər: