Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib

Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
  16 Fevral 2025    Oxunub:682
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Bu barədə AzVision.az -a nazirlikdən məlumat verilib. Bildirilib ki, əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində doqquzmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən texniki otaqda elektrik kabellərində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 12 kv.m. olan texniki otağın içərisinə yığılmış əşyalar, 6 ədəd elektrik sayğacı və 5p.m. elektrik kabeli yanıb. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib. Yaşayış binasında yerləşən mənzillər yanğından mühafizə olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti