Təntənəli surətdə Hərbi andı qəbul edən gənc əsgərlər Vətənə sadiq olacaqlarına söz veriblər. Müdafiə Nazirliyinin nümayəndələri və hərbi hissə komandirləri çıxış edərək gənc əsgərləri əlamətdar gün münasibətilə təbrik edib, onlara Vətənə, dövlətə və Ali Baş Komandana, hərbi anda sadiq olmalarını, nümunəvi xidmət etməyi, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş hazırlıqlarını daim yüksəltmələrini, komandir-rəis heyətinin əmr və göstərişlərini dəqiq və vaxtında yerinə yetirmələrini, torpaqlarımızın müdafiəsi naminə hər an hazır olmalarını tövsiyə ediblər.
Andiçmə mərasimləri hərbi qulluqçuların təntənəli marşlarla tribunaların önündən keçidləri ilə başa çatıb.
AzVision.az