Komitə sədri İctimai Şuranın yeni tərkibdə üzvləri ilə görüşüb
![Komitə sədri İctimai Şuranın yeni tərkibdə üzvləri ilə görüşüb Komitə sədri İctimai Şuranın yeni tərkibdə üzvləri ilə görüşüb](https://azvision.az/photos/2025/02/f614f2ca-4c8a-3a25-864f-5b7cfe0fdf9d_850-1739189269.jpg)
Ramin Məmmədov dövlət-din münasibətlərinin tənzimlənməsində, qurum ilə ictimaiyyət arasında qarşılıqlı əlaqələrin gücləndirilməsində, eyni zamanda maarifləndirmə tədbirlərinin təşkilində İctimai Şuranın rolunun zəruriliyini vurğulayıb. Şura üzvlərinin rəy və təkliflərinin Komitənin fəaliyyətinin səmərəliliyinə müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib.
İctimai Şura üzvləri Azərbaycanın dövlət-din münasibətləri modelinin, multikulturalizm mühitinin təbliğində vətəndaş cəmiyyətinin imkanlarından geniş istifadə edilməsinin vacib olduğunu qeyd ediblər. Dini sahədə müxtəlif məsələlərin ictimai müzakirəsi və qarşıda duran vəzifələrin həllində fəal iştirak edəcəklərini bildiriblər.
Görüşdə İctimai Şuranın 2025-ci il üzrə Tədbirlər Planına dair fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib.
AzVision.az
Teqlər: