Abşeron yarımadası və bəzi dağlıq rayonlara qar yağır - FAKTİKİ HAVA
Şimal-qərb küləyi əsir. Narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti Bakıda və Abşeron yarımadasında arabir 30 m/s ,sarı xəbərdarlığa uyğun olaraq Naxçıvan MR-da 18 m/s, Şirvanda 15 m/s-yə çatıb.
Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4.6 metrə çatıb.
Qax, Şəki (Kişçay), Lerik, Daşkəsən, Göygöl, Tovuz, Ağstafa, Gəncədə duman müşahidə olunur. Dumanda görünüş 500-1000 metrədək məhdudlaşıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 2, Aran rayonlarında eləcə də Naxçıvan MR-da 6 dərəcəyədək isti, dağlıq rayonlarda 3, yüksək dağlıq ərazilərdə isə 14 dərəcəyədək şaxta qeydə alınıb.
AzVision.az
Teqlər: