Hərbi dənizçilərimiz “AMAN-25” çoxmillətli təlimdə

Hərbi dənizçilərimiz “AMAN-25” çoxmillətli təlimdə
  08 Fevral 2025    Oxunub:312
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) nümayəndələri Pakistan İslam Respublikasının Kəraçi şəhərində keçirilən “AMAN-25” çoxmillətli dəniz təlimi və “AMAN” Dialoqunda iştirak edirlər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a bildirilib ki, dünyanın müxtəlif ölkələrindən HDQ komandanları və qərargah rəislərinin, sahil mühafizəsi komandirləri və yüksəksəviyyəli liderlərin regional dəniz təhlükəsizliyini müzakirə etmək və inkişaf edən dəniz təhdidlərinə qarşı birgə strategiyalar hazırlamaq məqsədilə keçirilən ilk AMAN Dialoqunda ölkəmizi HDQ komandanının birinci müavini - qərargah rəisi birinci dərəcəli kapitan Teymur Mürşüdov təmsil edir.

Liman və dəniz mərhələlərindən ibarət olan 9-cu çoxmillətli təlimdə (“AMAN-25”) isə Azərbaycan HDQ-nin 6 nəfərdən ibarət sualtı hücum və sualtı müdafiə qrupları plana uyğun müvafiq tapşırıqları yerinə yetirəcək.

Qeyd edək ki, “Sülh naminə birlikdə” şüari ilə keçirilən təlimə 60 ölkədən gəmilər, təyyarələr, xüsusi təyinatlılar, partlayıcı maddələrin zərərsizləşdirilməsi qrupları, dəniz piyadaları və müşahidəçilər qatılıb. Sülh və təhlükəsizliyin təşviqi, terrorizmə qarşı birgə mübarizə məqsədilə keçirilən “AMAN-25” çoxmillətli təlimi fevralın 11-dək davam edəcək.

AzVision.az


Teqlər: Müdafiə   Pakistan  





Xəbər lenti