Naxçıvanda hərbi sursat aşkarlanıb

Naxçıvanda hərbi sursat aşkarlanıb
  08 Fevral 2025    Oxunub:324
Polis əməkdaşları Naxçıvanın Kəngərli rayonunun Yeni Kərki kəndi ərazisində hərbi sursat aşkarlayıblar.
AzVision.az xəbər verir ki. məlumatla əlaqədar Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri hadisə yerinə dərhal cəlb ediliblər.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkarlanan sursatların 1 ədəd 120 mm-lik, 1 ədəd 75 mm-lik top mərmisi və 2 ədəd 30 mm-lik AQS mərmisi olduğu müəyyən edilib.

Sursatlar pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

AzVision.az


Teqlər: FHN   Naxçıvan   hərbi-sursat  





Xəbər lenti