Bakıda "ev satan" dələduzlar yaxalanıblar

Bakıda "ev satan" dələduzlar yaxalanıblar
  08 Fevral 2025    Oxunub:298
Bakı şəhərində ev satmaq adı ilə 80 min manatlıq dələduzluq edən şəxslər tutulublar.
DİN-in Mətbuat Xidmətindən AzVision.az -a verilən məlumata görə, Nəsimi rayonu ərazisində bir nəfərin dələduzluğa məruz qalması barədə 19-cu Polis Şöbəsinə məlumat daxil olub.

Bildirilib ki, araşdırmalarla həmin şəxsə ev satılması adı ilə onun 80 min manatının aldadılaraq ələ keçirilməsi məlum olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 39 yaşlı Ş.Balakişiyev və 42 yaşlı R.Səfərəliyev müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.

AzVision.az


Teqlər: hadisə   dələduzluq   DİN  





Xəbər lenti