SOCAR Sloveniya şirkətləri ilə enerji əlaqələrini genişləndirmək istəyir

SOCAR Sloveniya şirkətləri ilə enerji əlaqələrini genişləndirmək istəyir
  06 Fevral 2025    Oxunub:362
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Sloveniya şirkətləri ilə enerji sektorunun müxtəlif istiqamətləri üzrə əlaqələrin genişləndirilməsi imkanlarını müzakirə edib.
AzVision.az SOCAR-a istinadən xəbər verir ki, bu müzakirələr SOCAR-ın prezidenti Rövşən Nəcəf və Sloveniyanın “Petrol d.d.” şirkətinin İdarə Heyətinin sədri Saso Berger və “Geoplin d.o.o.” şirkətinin baş icraçı direktoru Simon Urbankl ilə görüşdə aparılıb.

Görüşdə SOCAR ilə “Petrol d.d.” və “Geoplin d.o.o.” şirkətləri arasında mövcud əməkdaşlıqdan məmnunluq ifadə edilib. Həmçinin, tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

AzVision.az


Teqlər: SOCAR  





Xəbər lenti