HƏMAS Trampa xəbərdarlıq etdi

   HƏMAS Trampa xəbərdarlıq etdi
  05 Fevral 2025    Oxunub:328
"ABŞ prezidenti Donald Trampın Qəzza zolağına nəzarətlə bağlı açıqlamaları gülüncdür".
Bunu “Reuters” agentliyinə müsahibəsində Fələstinin HƏMAS hərəkatının rəsmi nümayəndəsi Sami Əbu Zuhri deyib.

ABŞ İrana “maksimum təzyiq” kampaniyasını bərpa edir
O, Trampın Qəzzaya nəzarət etmək istəyini absurd arzu adlandrıb: "Bu tip hər hansı digər fikirlər regiondakı qarışıqlığı artıra, bölgəni qızışdıra bilər”.

Xatırladaq ki, Tramp fevralın 5-də diqqət çəkən bəyanat verib. O, fələstinliləri bölgədən qonşu ölkələrə köçürdükdən sonra Qəzza zolağına nəzarəti ələ keçirməyi planlaşdırdığını açıqlayıb. Siyasətçi İsrailin baş naziri Benyamin Netanyahu ilə keçirdiyi mətbuat konfransında ABŞ-nin regionun yenidən qurulması və iş yerlərinin yaradılması, həmçinin partlamamış hərbi sursat və digər silahlardan yaranan təhlükənin aradan qaldırılması üçün məsuliyyət daşıyacağını deyib. Trampın planları ərəb liderləri və HƏMAS-ın qınağına səbəb olub. Onlar Ağ Ev rəhbərinin təkliflərini yerli əhalini qovma prosesi adlandırıblar. Netanyahu isə ABŞ prezidentini dəstəkləyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   HƏMAS   Tramp  





Xəbər lenti