İsrail qüvvələri qalan girovları geri qaytarmaq üçün Qəzzada qalacaq

İsrail qüvvələri qalan girovları geri qaytarmaq üçün Qəzzada qalacaq
  25 Yanvar 2025    Oxunub:643
İsrail ordusu Qəzzada qalan 90 girovun geri qaytarılması üçün əllərindən gələni hər şeyi edəcəyini bildirib.
AzVision.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü danışıb.

O, HƏMAS tərəfindən hələ də amansız şəraitdə saxlanılan 90 girovu, o cümlədən qadınlar, uşaqlar və qocaları unutmayacaqlarını deyib.

O vurğulayıb ki, İsrail hərbçiləri Qəzza zolağında yerləşəcək və vətəndaşları qorumaq üçün əlindən gələni edəcək.
Ordu sözçüsü əlavə edib ki, bütün girovlar evlərinə qayıtmayana qədər İDF missiyası bitməyəcək.

Bir neçə saat əvvəl Həmas dörd israilli girovu Beynəlxalq Qırmızı Xaç Komitəsinə təhvil verib . Təhvil-təslim prosesi Qəzzada Fələstinmeydanında baş tutub.

AzVision.az




Teqlər:





Xəbər lenti