İsrail Livandan çıxmağa tələsmir

   İsrail Livandan çıxmağa tələsmir
  21 Yanvar 2025    Oxunub:356
İsrail Livanın cənubundan qoşunlarının çıxarılması üçün dəqiq müddətlər təyin etməkdən boyun qaçırır. Yəhudi dövləti ilə “Hizbullah” arasında 60 günlük atəşkəs müddəti isə bir həftədən sonra sona çatır.
AzVision.az xəbər verir ki, “Hizbullah”a yaxın olan Livanın “Əl-Əxbar” nəşri belə məlumat yayıb.

Daha əvvəl bildirilmişdi ki, “Hizbullah”la atəşkəs razılaşması çərçivəsində İsrail Livan ərazisindən qoşunlarını çıxarmağa başlayıb. İsrail qoşunlarının Xiamdan çıxarılmasının ilk mərhələsində hətta ABŞ-nin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Maykl Kurilla da iştirak edib.

Qeyd edək ki, İsrailin hərbi-siyasi kabineti keçən il noyabrın sonunda İsrail və “Hizbullah” arasında atəşkəs razılaşmasını təsdiqləyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: İsrail   Livan  





Xəbər lenti