Mask Ağ Evdə özünə ofis qurur - "New York Times

 Mask Ağ Evdə özünə ofis qurur    - "New York Times
  14 Yanvar 2025    Oxunub:445
Məşhur biznesmen, amerikalı milyarder İlon Maskın Ağ Evdə ofisi olacaq.
Bu fikirlər "New York Times"da (NYT) dərc olunan məqalədəndir. Nəşr öz mənbələrinə istinad edib.

Trampın keçmiş müşaviri Maskı Ağ Evdən qovacağını deyib
"Cənab Maskın istifadəsi üçün ayrılmış yer Ağ Evə bitişik olan Eyzenhauer adminstrasiya binasındadır", - müəllif yazıb.

Mask rəsmilərdən ABŞ prezidentinin ofisinin yerləşdiyi Ağ Evin Qərb bölməsinə daxil olmaq üçün ona xüsusi vəsiqə verilib-verilməyəcəyini ilə də maraqlanıb. Mənbənin sözlərinə görə hələlik bizensmen heç bir cavab almayıb.

Xatırladaq ki, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın keçmiş müşaviri Stiven Bennon İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində İlon Maskı “pis oğlan” adlandırıb. Bennon Trampın yanvarın 20-də keçiriləcək andiçmə mərasiminə qədər sahibkar və milyarder İlon Maskı Ağ Evdən “qovmağa” çalışacağını bildirib.

“Onun Ağ Evə tam girişi olmayacaq. O, hamı kimi olacaq. “Texno-feodalizm” tərəfdarı olan İlon Maska Cənubi Afrikadakı vətəninə qayıtmağı tövsiyə edirəm. Onun yeganə məqsədi “trilyonçu olmaq” arzusudur”, - Trampın sabiq müşaviri iddia edib.

“New York Times” ötən il İlon Maskın Donald Trampın prezident seçkilərində qalib gəlməsinə kömək etmək üçün 250 milyon dollardan çox pul sərf etdiyini yazmışdı. Nəşr federal sənədlərə istinad edib.

Tramp milyarderin səxavətini cavabsız qoymadı və mühafizəkar fəal Vivek Ramasvaminlə yanaşı Maskı da Hökumətin Effektivliyi Departamentinin rəhbəri vəzifəsinə təyin etdi.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Mask   Ağ-Ev   Ofis  





Xəbər lenti