NATO Baltikyanıda təhlükəsizliyi gücləndirir

   NATO Baltikyanıda təhlükəsizliyi gücləndirir
  08 Yanvar 2025    Oxunub:395
NATO alyansı Baltikyanı regionunda sualtı naqillərin və kritik qurğuların mühafizəsi üçün əraziyə 10 gəmi göndərir.
Finlandiyanın "Yle" yayım şirkətinin məlumatına görə, gəmilər enerji və məlumat ötürmə naqillərinin yaxınlığında mövqe tutacaqlar. Bildirilir ki, bu addım yalnız "çəkindirici" mahiyyət daşıyır, çünki alyans başqa ölkələrə məxsus gəmilərin beynəlxalq sularda hərəkətinə maneəçilik törədə bilməz.

Eyni zamanda, Finlandiya körfəzinin Finlandiya və Estoniya gəmiləri tərəfindən mühafizəsi də qüvvədə qalacaq.

Xatırladaq ki, ötən ilin dekabrında adıçəkilən ölkələr arasında işləyən "EstLink 2" naqili müəmmalı şəkildə zədələnmişdi. NATO bu ölkələrin tələbi ilə Baltik dənizində öz gücünü artırmaq qərarına gəlib.

Firudin Həmidli
AzVision.az



Teqlər: NATO   Baltikyanı   təhlükəsizlik  





Xəbər lenti