Lukaşenko : "Ukraynaya Belarusu müharibəyə cəlb etmək tapşırılıb"

      Lukaşenko   : "Ukraynaya Belarusu müharibəyə cəlb etmək tapşırılıb"
  07 Yanvar 2025    Oxunub:428
"Ukraynaya Belarusu müharibəyə cəlb etmək tapşırılıb".
AzVision.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko bəyan edib.

Döbvlət başçısının sözlərinə görə, onun ukraynalı həmkarı Volodimir Zelenskiyə Belarusu dövlət kimi davam gətirə bilməyəcəyi bir müharibəyə cəlb etmək əmri verilib.

"Bilirsiniz, onları xaricdəki bədxahları sıxırlar. Bax, bizi də bu müharibəyə cəlb etmək lazımdır. Niyə Volodya Zelenski özünü belə aparır? Biz axı onunla normal münasibətdə idik, yaxşı əlaqələrimiz var idi. Mənim kiçik ailəmin də. Niyə danışır, ona nə çatmır? Ona komanda verirlər - ölkəni müharibəyə cəlb etmək üçün hər şeyi etmək lazımdır", - deyə o bildirib.

Lukaşenkonun sözlərinə görə, Belarus müharibəyə cəlb olunsa, bu ağır nəticələrə gətirər.

"Biz dövlət kimi davam gətirə bilmərik. Ona görə də mən hər şeyi səbirlə, inadla, Rəbbimizin və kilsənin öyrətdiyi kimi edirəm. Öz işimizi görürük. Zaman hər şeyi qaydasına qoyacaq. Zaman hamıya qiymət verəcək. Amma biz dözməliyik. Qoy desinlər ki, bizdə diktatura və daha nələr-nələr var. Baxın, Belarusdakı diktatura Ukraynadakı belə demokratiyadan yaxşıdır. Biz buna dözməliyik. Heç bir halda tərəddüd etmək olmaz", - deyə o bildirib.

AzVision.az



Teqlər:





Xəbər lenti