Türkiyənin dövlət telekanalı ukraynalı deputatı efirə buraxmayıb

Türkiyənin dövlət telekanalı ukraynalı deputatı efirə buraxmayıb
  07 Yanvar 2025    Oxunub:508
Türkiyənin “TRT World” telekanalı Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenkonu Rusiya prezidenti Vladimir Putini təhqir edən köynəyi çıxarmaq istəmədiyinə görə efirdən qovub.
AzVision.az xəbər verir ki, bu barədə Aleksey Qonçarenko öz telegram-kanalında paylaşım edib.

“Əvvəlcə köynəyimi dəyişməyimi istədilər. Mən imtina etdim. Sonra təkid etməyə başladılar: “Yaxşı, biz hələ də köynəyinizi dəyişməyi xahiş edirik”. Cavabım sadə idi: ya efirə olduğum kimi çıxıram, ya da heç efirə çıxmıram. Əgər bu sizə uyğun gəlmirsə, bunu etməyin. Nəticə? Qoşulmanı ləğv etdilər”, - ukraynalı deputat yazıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Putin   Qonçarenko   Türkiyə  





Xəbər lenti