Ermənistanın Penitensiar Xidmətinin rəhbəri ilk dəfə qadın olacaq

 Ermənistanın Penitensiar Xidmətinin rəhbəri ilk dəfə qadın olacaq
  07 Yanvar 2025    Oxunub:594
Ermənistanda daha bir dövlət qurumuna qadın rəhbərlik edəcək.
Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkələrdə paylaşım edərək yazıb ki, Penitensiar Xidmətinə ilk dəfə olaraq qadın rəhbərlik edəcək.

Ermənistan DİN-ə qərbyönümlü Arpine rəhbərlik edəcək
Baş nazir Çovinar Tadevosyanın bu vəzifədə çalışacağını açıqlayıb. İrəvan rəhbəri statusuna Tadevosyanı qəbul etməsini əks etdirən video da əlavə edib.

Tadevosyan əvvəllər də "sistem işçisi" kimi tanınıb. O, aidiyyəti qurumda sosial, psixoloji və hüquqi iş şöbəsinin müdiri vəzifəsində çalışıb.

Penitensiar xidmətin keçmiş rəisi Ambakum Qriqoryan isə 2024-cü il dekabrın əvvəlində vəzifədən azad edilib. O, bu vəzifədə cəmi bir il çalışıb.

Xatırladaq ki, Paşinyan ötən ilin sonlarından ölkədə "məmur islahataları" şousuna başlayıb. Yerli media bunu seçkilərə erkən hazırlıq kimi qiymətləndirir. O, Ermənistan Daxili İşlər Nazirliyinə nazir müavini postunu tutmuş Arpine Sarkisyanı gətirmişdi.

Keçmiş daxili işlər naziri Vahe Qazaryanla yanaşı digər rəsmilərdə baş nazir Nikol Paşinyanın "xahişi" ilə istefa vermişdilər. Bundan sonra Ermənistan prezidenti Vaaqn Xaçaturyan bir neçə sərəncam imzaladı.

Sərəncamlara əsasən, Ermənistanın daxili işlər naziri Vahe Kazaryan ilə Ərazi İdarəetmə və İnfrastruktur naziri Qnel Sanosyan öz vəzifələrini rəsmən tərk etdilər. Bundan başqa, ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan, Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan, İstintaq Komitəsinin rəisi Argişti Kərəmyan vəzifədən uzaqlaşdırılıblar. Həmçinin, Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin rəhbəri Sasun Xaçatryan və Ali Məhkəmə Şurasının rəhbəri Karen Andreasyan da vəzifələrini tərk ediblər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan  





Xəbər lenti