Avropanın yeraltı anbarlarındakı qaz ehtiyatları 70%-dən aşağı düşüb
"Qaz ehtiyatlarının yüksək istehlak dərəcəsinə baxmayaraq, Avropada vəziyyət hələ ki, fəlakətli həddə deyil. Yeraltı qaz anbarlarında yanacağın ümumi həcmi yanvarın əvvəlinə olan məlumata görə müşahidə dövrü ərzində dördüncü maksimum hədd sayılır. Bu rəqəm 77,6 milyard kubmetrdir. Avropa İttifaqı (Aİ) üçün ən problemli dövr 2018 və 2022-ci illər olub. Yazda, istilik mövsümünün sonuna qədər anbarlardakı ehtiyatlar müvafiq olaraq 18% və 26% -dən kritik səviyyələrə düşmüşdü",- nəşr yazıb.
Avropada istilik mövsümü 2024-cü il oktyabrın 29-da (ötən payız-qış mövsümündən 10 gün tez-red.) başlayıb. Həmin vaxtdan etibarən Aİ ölkələri anbarlardan 30 milyard kubmetrdən çox qaz çıxarıblar.
Tural Tağıyev
AzVision.az