Qebreisus: "Qəzzada xəstəxanalara hücum yolverilməzdir"
(Baş həkim Hüssam Əbu Səfiyyə)
"Qəzzanın şimalında yerləşən "Kamal Ədvan" xəstəxanası fəaliyyətini tamamilə dayandırıb. Onun direktoru Əbu Səfiyyənin vəziyyəti ilə əlaqədar heç bir məlumat yoxdur. Bir daha vurğulayırıq ki, İsrail onu dərhal azadlığa buraxmalıdır".
Qebreisus həmçinin Qəzza zolağında insanların səhiyyə xidmətinə çıxışının məhdudlaşdırılmasına etirazını bildirərək, münaqişə tərəfləri - İsrail və HƏMAS terror təşkilatı arasında atəşkəs sazişinin bağlanmasına çağırıb.
Firudin Həmidli
AzVision.az
Teqlər: ÜST Qəzza xəstəxana baş-həkim