İsrail Suriyanın daha bir şəhərini tutub

   İsrail Suriyanın daha bir şəhərini tutub
  31 Dekabr 2024    Oxunub:978
İsrail tankları və hərbçiləri Suriyanın Colan təpələrindəki Əl-Kuneytra əyalətinin Əl-Baas (Dəməşqdən 67 kilometr cənubda) şəhərinə daxil olublar.
AzVision.az xəbər verir ki, Suriyanın “Al-Vatan” nbelə məlumat yayıb.

“İşğalçı İsrail qüvvələri tanklar və zirehli texnika ilə Əl-Salam (keçmiş adı Əl-Baas) şəhərinə doğru irəliləyərək, mədəniyyət mərkəzinin, təchizat idarəsinin, dövlət enerji şirkətinin, daşınmaz əmlak bankının və taxıl anbarına çatıblar”, - qəzet yazır.

Nəşrin məlumatına görə, İsrail hərbçiləri axtarışlar aparmaq bəhanəsi ilə suriyalı dövlət qulluqçularının qurumları tərk etməsi təlkəbini qoyublar.

Ötən həftə isə Livanın “Al Mayadeen” telekanalı İsrail ordusunun Suriyanın cənubunda təxminən 600 kvadrat kilometr ərazini zəbt etdiyini və orada 13 döyüş mövqeyi yaratdığını bildirib.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: İsrail   Suriya  





Xəbər lenti