ABŞ çinli hakerlərin öhdəsindən gələ bilmir

Maliyyə nazirliyi bu barədə Senatın Bank işi, Mənzil və Şəhər Məsələləri Komitəsinə məktub göndərib. Departamentin şəbəkəsinə giriş kibertəhlükəsizlik xidməti üzrə təminatçı olan üçüncü tərəf – “BeyondTrust” şirkətinin serverinin sındırılması nəticəsində əldə edilib.
“APT” qrupu ilə əlaqəli istənilən haker hücumu ABŞ-nin Maliyyə nazirliyi tərəfindən ciddi kibertəhlükəsizlik hadisəsi hesab olunur. Hakerlərin hələ də qurumun kompüter şəbəkəsinə girişi olduğunu göstərən heç bir məlumat yoxdur.
Maraqlıdır ki, ABŞ-nin Maliyyə nazirliyi son dörd ildə kibermüdafiəsini əhəmiyyətli dərəcədə gücləndirdiyini iddia edir.
Sahil İsgəndərov
AzVision.az