Cənubi Koreyada 1 həftəlik matəm elan edildi

   Cənubi Koreyada 1 həftəlik matəm elan edildi
  29 Dekabr 2024    Oxunub:815
Cənubi Koreyada təyyarə qəzasında 179 nəfərin ölməsi ilə bağlı 7 günlük matəm elan edilib.
AzVision.az xəbər veir ki, bu barədə “Yonhap” Xəbər Agentliyi prezident səlahiyyətlərini icra edən Çxve San-Moka istinadən məlumat yayıb.

O, sərnişin təyyarəsinin qəzaya uğramasından bir neçə saat sonra fövqəladə təhlükəsizlik iclasında çıxış edib.

“Biz bu gözlənilməz faciədə həyatını itirənlərin yaxınlarına dərin hüznlə başsağlığı veririk”, - deyə prezident bildirib.

Ölkənin Maliyyə Nazirliyi təyyarənin qəzaya uğradığı yerdə, eləcə də 17 şəhər və əyalətdə xatirə qurbanları abidəsinin tikiləcəyini açıqlayıb.

Nazirlik əlavə edib ki, dövlət məmurları həlak olanlara ehtiram əlaməti olaraq matəm lentləri taxacaqlar.

Xatırladaq ki, bu səhər Cənubi Koreyada Muan hava limanında sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxaraq hasara çırpılıb. Qəza nəticəsində təyyarədə olan 181 nəfərdən 179-u həlak olub. Onların 175-i sərnişin, 6-sı isə ekipaj üzvüdür.

AzVision.az



Teqlər:





Xəbər lenti