Ukrayna Kurskda 45 220 -dən çox döyüşçü itirib

Ukrayna Kurskda    45 220   -dən çox döyüşçü itirib
  29 Dekabr 2024    Oxunub:711
Kursk istiqamətində aparılan döyüşlər zamanı Ukrayna Silahlı Qüvvələrinin (VSU) ümumi itkiləri 45 220-ni keçib.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Zəmanət verilmədən də Kiyevin sülhə məcbur edilməsi mümkündür
"Kursk istiqamətində gedən döyüşlər zamanı düşmən ümumilikdə 45 220-dən çox hərbi qulluqçu ilə yanaşı, 262 tank, 203 piyada döyüş maşını, 142 zirehli transportyor, 1349 zirehli döyüş maşını, 1231 avtomobil, 336 reaktiv yaylım atəşi qurğusu, 42 raket buraxılış sistemi sistemləri, o cümlədən 11 HIMARS və 6 MLRS, 13 zenit-raket komplekslərinin buraxılış qurğuları, 83 Radioelektron mübarizə stansiyası, 13 əks batareya radarı, 4 hava hücumundan müdafiə radarı itirib",- nazirliyin məlumatında qeyd edilib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Kursk  





Xəbər lenti