İsrail “WhatsApp” vasitəsi ilə Əsədlə ünsiyyətdə olub
“İsrail ordusunun Suriyada İran və Livanın “Hizbullah” hərəkatına məxsus hədəflərə hava zərbələri endirməsindən sonra ölkənin Hərbi Kəşfiyyat İdarəsi (AMAN) Əsəd rejiminin keçmiş müdafiə naziri Əli Mahmud Abbasla “WhatsApp” mesajları vasitəsilə əlaqə yaradıb”, - qəzet yazır.
İsrail Əsəd və onun yaxın çevrəsi ilə əlaqə yaratmaqla yanaşı, Əsəd rejiminə qarşı beynəlxalq sanksiyaların ləğvi müqabilində Livana silah tədarükünə son qoyacaq məxfi razılaşma əldə etmək məqsədi ilə növbəti əməliyyat həyata keçirib.
Həmçinin bildirilir ki, İsrailin Xarici Kəşfiyyat xidmətinin (“Mossad”) keçmiş rəhbəri Yosi Koen 2019-cu ilin sonunda Moskvada Kremldə Əsədlə görüşməyi planlaşdırsa da, Suriya lideri bundan imtina edib.
Sahil İsgəndərov
AzVision.az