Qiyam cəhdinə görə Rusiyada cəza sərtləşdirildi

Qiyam cəhdinə görə Rusiyada cəza sərtləşdirildi
  28 Dekabr 2024    Oxunub:325
Rusiyada silahlı üsyanın təşkilinə görə məsuliyyət daha da sərt olacaq. Bu cəhdi edənlər 15 ildən 20 ilədək həbs cəzası alacaqlar.
AzVision.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin imzaladığı müvafiq qanuna əsasən, əgər əvvəllər silahlı üsyanı təşkil etməyə və ya onda fəal iştiraka görə məsuliyyət 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə 12 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırılırdıs, indi, ən aşağı cəza həddi 15 ilə qədər artırılıb.

Qiyan bir insanın ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda, cəza 500 min rubldan 1 milyon rubla qədər cərimə, 15 ildən 20 ilədək və ya ömülük azadlıqdan məhrum etmə şəklində təyin olunur.

Qanuna əsasən, üsyanın iştirakçısı könüllü və operativ şəkildə hakimiyyət orqanlarına məlumat və ya “Rusiya Federasiyasının maraqlarına daha çox zərərin qarşısının alınmasına” başqa cür töhfə verərsə, cinayət məsuliyyətindən azad edilə bilər. Bununla yanaşı, onun əməllərində başqa cinayət olmamalıdır.

Həmçinin, bir sıra digər qaydaları da sərtləşdirən qanun, o cümlədən terrorçuluqda, bu məqsədlə təlimlər keçməkdə və silahlı üsyanda təqsirli bilinənlərin şərti azadlığa buraxılmasına qadağa qoyur.

Eyni zamanda, Rusiya Federasiyasının Cinayət Məcəlləsinə daxil edilən yeni maddə çərçivəsində Rusiyanın təhlükəsizliyinə qarşı yönəldiyi məlum olan fəaliyyətdə düşmənə maliyyə, maddi-texniki, konsaltinq və ya digər yardım göstərən əcnəbi vətəndaşlar və ya vətəndaşlığı olmayan şəxslər cəzalandırılır.

Əcnəbi vətəndaşların belə əmlləri 500 min rubla qədər cərimə və ya 3 il müddətinə məhkumun maaşı miqdarında cərimə də daxil olmaqla, 10 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Dövlətə xəyanətlə bağlı maddəyə də düzəlişlər olunub. Xəyanət Rusiya vətəndaşının düşmən tərəfinə keçməsini əhatə edir. Bu, Rusiyaya qarşı çıxan ölkələrin və ya beynəlxalq təşkilatların qüvvələrinin tərkibində silahlı münaqişədə və ya hərbi əməliyyatlarda iştirak etmək deməkdir.

Qanunun yeni məzmununa görə, düşmən sırasına silahlı münaqişədə, hərbi əməliyyatlarda və ya silah, habelə hərbi texnikadan istifadə etməklə digər hərəkətlərdə Rusiyaya birbaşa qarşı çıxan ölkələr, beynəlxalq və ya xarici təşkilatlar daxildir.

Düşmən tərəfinə keçid dedikdə düşmənin dövlət orqanlarının, idarələrinin, müəssisə və təşkilatlarının bilə-bilə Rusiyanın təhlükəsizliyinə qarşı yönəlmiş fəaliyyətində könüllü iştirak nəzərdə tutulur. Belə cinayətə görə sanksiyalar dəyişməz qalır, maksimum cəza ömürlük həbs ola bilər.

Eyni zamanda, qanun müəyyən edir ki, silahlı üsyan, terrorizm, beynəlxalq terror aktları, terror fəaliyyətinə köməklik göstərmə, terror birliyinin təşkili və bir sıra digər antiterror maddələri ilə məhkum olunmuş şəxslər şərti qaydada vaxtından əvvəl azadlığa buraxılmır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   üzyan   cəzalar  





Xəbər lenti