Ermənistan səfiri Minskə qayıtmaycaq? - VİDEO

   Ermənistan səfiri Minskə    qayıtmaycaq? - VİDEO
  28 Dekabr 2024    Oxunub:371
İrəvan öz səfiri Razmik Xumaryanı Minskə qaytarmağı planlaşdırmır.
AzVision.az xəbər verir ki, erməni mediasında belə məlumat yayımlanıb. 2024-cü ilin iyununda məsləhətləşmələr üçün Minskdən İrəvana çağırılan Ermənistan səfiri Razmik Xumaryan sonradan Belarusa qayıtmayıb. Arasiya İqtisadi İttifaqının (Aİİ) Sankt-Peterburqda keçirilən son yığıncağından sonra isə onun Minskə qayıtması ehtimalı, demək olar ki, sıfıra bərabərləşib.

Lukaşenko və Paşinyan sammitdə açıq şəkildə mübahisə etdi
Belə ki, həmin iclasda Belarus prezidenti Aleksandr Lukaşenko və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Aİİ-nin 2025-ci ilin mayında Minskdə keçiriləcək növbəti iclasında İrəvan nümayəndə heyətinin hansı formatda iştirak edəcəyi ilə bağlı insident yaşanıb.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Belarus   Ermənistan   səfir  





Xəbər lenti