Ukraynanın Rusiya ərazisinə kütləvi dron hücumu

Ukraynanın Rusiya ərazisinə kütləvi dron hücumu
  28 Dekabr 2024    Oxunub:354
Rusiyanın hava hücumundan müdafiə (HHM) sistemləri bu gecə ölkə ərazisi üzərində Ukraynanın 56 pilotsuz təyyarəsini vurub.
AzVision.az Rusiyanın Müdafiə nazirliyinin rəsmi açıqlamasına istinadən xəbər verir ki, dronların tən yarısı Voronej vilayətinin səmasında zərəsizləşdirilib. 17 rilotsuz təyyarə Rostov, 11 dron isə Belqorod vilayətləri üzərində vurulub. Hər üç vilayətin rəhbərliyinin verdiyi məlumata görə, poilotsuz təyyarələrin hücumu zamanı qurbanlar olmayıb, yalnız Belqorod vilyaətində iki nəfər yaralanıb.

Son zamanlar Ukrayna Silahlı Qüvvələri hər gün dronlarla Rusiyanın sərhəd və mərkəzi bölgələrindəki hədəflərə hücum edirlər. Moskvanın iddiasına görə, Rusiyanın HHM sistemləri əksər dronları vurur. Bu hücumlara əsasən, Rusiyanın Kursk, Belqorod və Bryansk vilayətlərində antiterror əməliyyatı rejimi tətbiq olunub.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ukrayna   Rusiyta   PUA  





Xəbər lenti