Tramp Ukraynaya yardımı artırmağı tələb edir

Tramp Ukraynaya yardımı artırmağı tələb edir
  27 Dekabr 2024    Oxunub:352
ABŞ-nin gələcək prezidenti Donald Tramp Rusiyanın işğalı ilə mübarizədə Ukraynaya hərbi yardım göstərmək məsuliyyətini Aİ ölkələrinin üzərinə qoymağa çalışır.
AzVision.az xəbər verir ki, “The Washington Post (WP)” nəşri Trampın beləliklə Vaşinqtonun Ukraynaya hərbi yardım üçün xərclərini azaltmaq istədiyini iddia edir.

“Tramp artıq Avropa ölkələrinə Kiyevə yardımı artırmaq üçün təzyiq göstərərək, Ukraynanın ən böyük donoru olan ABŞ-nin yardımının azalacağına işarə edir”, - qəetdə dərc olunan materialda vurğulanır.

Nəşr həmçinin yazır ki, Tramp hələ də planının təfərrüatlarını açıqlamayıb, çünki o, Rusiya prezidenti Vladimir Putini danışıqlar masası arxasında müharibəni dayandırmağa məcbur etmək istəyir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   Avropa   Ukrayna  





Xəbər lenti