"Digər tərəfdən, ABŞ də Suriyanın şimal-şərqində separatizm meyllərini dəstəkləyir. Ölkənin bu şəkildə parçalanması yolverilməzdir. Seçkilərdə bütün siyasi və etnik-dini qrupların iştirakı mütləqdir. Rusiya Türkiyə və İranla, habelə bir sıra ərəb ölkəsi ilə bərabər Suriyada seçkilərin ədalətli və şəffaf şəkildə təşkilinə kömək göstərməyə hazırdır", - Lavrov bildirib.
Rusiya diplomatiyasının rəhbəri həmçinin diqqətə çatdırıb ki, hazırda Suriyadakı Rusiya səfirliyinin və vətəndaşlarının təhlükəsizliyinin təminatı üzrə işlər aparılır.
"Eyni zamanda, ölkədə yeni güc strukturu yaradılandan sonra ötən illərdəki kimi uğurlu iqtisadi əməkdaşlığın bərpasına ümidvarıq", - Lavrov deyib.
Əraqçi: "Suriyanın aqibəti hələlik naməlumdur" - VİDEO |
Xatırladaq ki, Suriyada noyabrın 27-də silahlı müxalif qüvvələr Əsəd rejiminə qarşı genişmiqyaslı hücuma keçib. Müxaliflərin dekabrın 8-də paytaxt Dəməşqə girməsi nəticəsində prezident Bəşər Əsəd istefa verərək Moskvaya qaçıb. Hazırda ölkədə müvəqqəti keçid hakimiyyəti qurulub.
Firudin Həmidli
AzVision.az