Cinayətin icraçılarından biri hərbçinin avtomobilinə noutbuk üçün akkumulyator şəklində maskalanmış bomba taxmağı planlaşdırıb. O, deportasiya adı ilə Moldova və Gürcüstandan keçərək Ukraynadan Moskvaya gəlib.
Digər hərbçini isə sənədlər üçün qovluq kimi maskalanmış bomba ilə partlatmağı planlaşdırıblar. Bu iş üzrə iki nəfər saxlanılıb. Moskva sakini olan saxlanılan dördüncü şəxs yüksək rütbəli hərbçilərin və onların ailə üzvlərinin yaşayış və iş yerləri haqqında məlumat toplayıb. Bomba komponentləri Rusiyaya məişət texnikası, alətlər və avtomobil hissələrində yerləşdirilməklə gətirilib.
Rusiyalı generalın qətlində şübhəli bilinən şəxs saxlanılıb - VİDEO |
Sahil İsgəndərov
AzVision.az