Bayden Rusiyanın Ukraynaya zərbələrindən qəzəblənib
“Bu dəhşətli hücumun məqsədi Ukrayna xalqını qışda istilik və elektrik enerjisindən məhrum etmək və enerji şəbəkəsinin təhlükəsizliyini təhlükə altına atmaq olub”, - qəzetdə dərc edilən materialda deyilir.
Bir gün əvvəl bütün Ukrayna ərazisində hava hücumu xəbərdarlığı elan edilib. KİV-lər və yerli hakimiyyət orqanları Kiyev, Xarkov, Zaporojye, Dnepropetrovsk, Krivoy Roq, Kremençuq və İvano-Frankovsk vilayətində partlayışlar olduğunu bildiriblər.
Ukraynadakı rusiyayönlü dairələrin sözlərinə görə, Dnepropetrovsk vilayətindəki Zelenodolskaya istilik-elektrik stansiyası (İES), İvano-Frankovsk vilayətindəki Burştinskaya İES-i və Donetsk vilayətinin Kiyevin nəzarəti altında olan hissəindəki Kramatorsk rayonunda yerləşən Slavyanskaya İES-i vurulub.
Xatırladaq ki, bir müddət əvvəl Macarıstanın baş naziri Viktor Orban Rusiya prezidenti Vladimir Putinə Moskva ilə Kiyev arasında əsirlərin mübadiləsi və Milad bayramında atəşkəs ideyasını təklif edib. Təklifin müzakirəsini məqbul sayan Putin Orbanın əvvəlcə Ukrayna tərəfi ilə danışmalı olduğunu bildirib. Lakin Macarıstanın baş nazirinin bu təklifinə Volodimir Zelenski qəti şəkildə rədd cavabı verib.
Rusiyanın dünənki kütləvi zərbələrindən sonra isə Ağ Evin mətbuat xidməti ABŞ prezidenti Co Baydenin Pentaqona Ukraynaya silah tədarükünü artırmağı tapşırdığını açıqlayıb.
- ABŞ Ukraynanın mövqelərini gücləndirmək üçün yorulmadan çalışmaqda davam edəcək. Son aylarda Vaşinqton yüzlərlə hava hücumundan müdafiə raketini Ukrayna Silahlı Qüvvələrinə təhvil verib və bundan da daha çoxu yoldadır”, - Co Bayden bildirib.
Qeyd edək ki, Pentaqonun saytında Ukraynaya silahların təhvil verilməsi ilə bağlı əvvəlki xəbər dekabrın 2-də dərc olunub. Həcmi 725 milyon dollar təşkil edən həmin hərbi yardım paketinə digər silahlarla yanaşı NASAMS zenit-raket kompleksi üçün sursatlar, “Stinger” raketləri, artilleriya sursatları, tank əleyhinə “Javelin” və “AT-4” sistemləri də daxil idi.
Sahil İsgəndərov
AzVision.az