Bu gün Sankt-Peterburqda Ali Avrasiya İqtisadi Şurasının iclası keçiriləcək

Bu gün Sankt-Peterburqda Ali Avrasiya İqtisadi Şurasının iclası keçiriləcək
  26 Dekabr 2024    Oxunub:297
Bu gün Sankt-Peterburqda Ali Avrasiya İqtisadi Şurasının iclası keçiriləcək.
AzVision.az xəbər verir ki, görüşün yekununda tərəflərin 20-yə yaxın sənədi imzalaması planlaşdırılır.

Daha əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov görüşün gündəliyi barədə danışıb.

"Putinlə Paşinyan arasında ayrıca görüş olmayacaq" - Peskov
“Növbəti iclasda Ali Şuranın üzvləri Avrasiya İqtisadi İttifaqının fəaliyyətinin cari məsələlərini, inteqrasiya proseslərinin daha da dərinləşdirilməsi perspektivlərini müzakirə edəcəklər.

Onlar İttifaqın daxili bazarında maneələrin və məhdudiyyətlərin aradan qaldırılması, maliyyə sektorunda qanunvericiliyin uyğunlaşdırılması, vahid xidmətlər bazarının liberallaşdırılması səviyyəsinin yüksəldilməsi istiqamətində işlərin gedişini nəzərdən keçirəcəklər.

Bundan əlavə, iclasda liderlər Aİİ-nin 2025-ci il üçün beynəlxalq fəaliyyətinin əsas istiqamətlərini və təşkilatın büdcəsini təsdiq edəcəklər”, - deyə Rusiya Federasiyası Prezidentinin köməkçisi əlavə edib.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   AliAvrasiyaİqtisadiŞurası  





Xəbər lenti