İran yanvarın 22-dək Suriyaya bütün uçuşları dayandırıb

İran yanvarın 22-dək Suriyaya bütün uçuşları dayandırıb
  24 Dekabr 2024    Oxunub:323
İran şirkətləri Dəməşqdəki yeni hakimiyyət orqanları ilə razılaşmanın olmaması səbəbindən Suriyaya bütün uçuşları yanvarın 22-nə qədər ləğv edib.
AzVision.az xəbər verir ki, bu barədə İranın Mülki Aviasiya Təşkilatının rəhbəri Hüseyn Purfərzanə məlumat verib.

"Hazırda yanvarın 22-dək Suriyaya uçuşlar qadağandır, lakin Livana aviareyslərlə bağlı heç bir məhdudiyyət yoxdur", - deyə H.Purfərzanə deyib.

Təşkilat rəhbəri onu da qeyd edib ki, hava hərəkətini bərpa etmək üçün təyinat ölkəsindən icazə almaq lazımdır. Onun sözlərinə görə, eyni vəziyyət Misirdə də var: "İki ölkənin səlahiyyətliləri ortaq nəticəyə gəlməlidirlər ki, biz İrandan Misirə və əksinə uçuşlar həyata keçirə bilək".

Həmidə İbrahimova
AzVision.az


Teqlər: İran  





Xəbər lenti