İrəvan keçmiş müdafiə naziri ilə bağlı ABŞ-yə müraciət etdi

“Çirkli pulların yuyulmasında təqsirləndirilən Vigen Sarkisyanın qeyri-qanuni yolla əldə etdiyi vəsait hesabına ABŞ-də malikanə almasını nəzərə alan müstəntiq İrəvanın ümumi yurisdiksiya məhkəməsi tərəfindən təsdiq edilmiş əmlaka həbs qoyulması barədə qərar verib”, - Avetisyan deyib.
Qeyd edilib ki, əmlakın üzərinə həbs qoyulması ilə bağlı sorğu ABŞ hakimiyyətinə qarşılıqlı hüquqi yardım çərçivəsində göndərilib.
Bundan başqa, İrəvanın Abovyan küçəsi və Şimal prospektindəki 4 əmlak da müsadirə edilib.
Xatırladaq ki, hələ mayın 15-də Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Baş Prokurorluğun qanunsuz əmlakın müsadirə edilməsi ilə bağlı növbəti iddiasını icraata qəbul etmişdi.
Tural Tağıyev
AzVision.az
Teqlər: