Vaşinqtonun hərbi xərcləri rekord həddə çatıb

   Vaşinqtonun hərbi xərcləri    rekord    həddə çatıb
  24 Dekabr 2024    Oxunub:468
ABŞ prezidenti Co Bayden ölkənin 2025-ci maliyyə ili üçün (oktyabrın 1-də başlayıb) rekord müdafiə büdcəsini 895 milyard dollar həcmində təsdiqləyib ki, bu da ötən illə müqayisədə 9 milyard dollar çoxdur.
AzVision.az xəbər verir ki, Ağ Evin mətbuat xidmətinin açıqladığı 1800 səhifəlik sənəd kəşfiyyat sahəsində proqramların, Pentaqonun planlarının, eləcə də Energetika nazirliyinin layihələrinin həyata keçirilməsi üçün vəsaitin ayrılmasını nəzərdə tutur. Bu sənəd dekabrı 11-də Konqresin Nümayəndələr Palatasında, dekabrın 18-də isə Senatda təsdiqlənib.

Sənəd, həmçinin Rusiya ilə qazıntı yanacaqları sahəsində əməkdaşlığa və Strateji Hücum Silahlarının sonrakı azaldılmasına və məhdudlaşdırılmasına dair tədbirlər barədə müqavilə çərçivəsində məlumat mübadiləsinə qadağanı da nəzərdə tutur.

“Müdafiə naziri və ya Dövlət katibi Rusiyanın oxşar məlumat təqdim etdiyi barədə konqresmenləri məlumatlandırdığı halda istisnalar ola bilər. Ölkə kəşfiyyatınün üzərinə Ukraynaya silah tədarükünün dayandırılması və Rusiyanın xüsusi əməliyyatının uğurla başa çatması halında ABŞ-nin təhlükəsizliyi üçün riskləri qiymətləndirmək öhdəliyi qoyulur”, - sənəddə vurğulanır.

Kəşfiyyata Ukrayna Silahlı Qüvvələrinin həm hərbi-iqtisadi dəstəyin davam etdirilməsi və dayandırılması, həm də Rusiyaya uzaqmənzilli silahlarla zərbə endirmək barədə razılığı və ya ləğvi ilə döyüş qabiliyyətini qorumaq şanslarını təhlil etmək tapşırılıb.

Büdcə layihəsində daha 15,6 milyard dolları Pekinə qarşı regionda çəkindirmə siyasətini gücləndirmək üçün hərbi səy olan “Sakit Okean Təhlükəsizliyi Təşəbbüsü”nə (Pacific Deterrence Initiative) xərcləmək planlaşdırılır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   hərbi   rekord  





Xəbər lenti