Suriyada amerikalı hərbçilərin sayı çoxalıb

Suriyada amerikalı hərbçilərin sayı çoxalıb
  20 Dekabr 2024    Oxunub:391
ABŞ son vaxtlar Suriyadakı qoşunlarının sayını iki dəfədən çox artırıb.
AzVision.az xəbər verir ki, Pentaqonun rəsmisi Patrik Rayder keçirdiyi ənənəvi brifinqdə hazırda Suriyada təxminən 2 min amerikalı hərbçinin olduğunu açıqlayıb. Halbuki, əvvəllər Suriyada təxminən 900 amerikalı hərbçinin yerləşdirildiyi bildirilirdi.

“Bu artım bir müddətdir ki, davam edir və bu qoşunlar ən azı bir neçə aydır ki, oradadırlar. Əlavə qüvvələrin İŞİD-lə mübarizə missiyasını dəstəkləyir və onların Suriyadakı son hadisələrlə heç bir əlaqəsi yoxdur”, - ABŞ-nin Müdafiə nazirliyinin sözçüsü iddia edib.

Rayderin sözlərinə görə, “əsas 900” ABŞ əsgəri 9-12 aylıq rəsmi tapşırıqlarla, digər 1100 əsgər isə “dəyişən missiya ehtiyaclarını ödəmək üçün” müvəqqəti olaraq 30-90 gün müddətində Suriyadadır. Əlavə hərbçilərin əksəriyyəti xüsusi təyinatlılardır.

Yenilənmiş rəqəmləri Pentaqonun niyə əvvəllər açıqlamadığı barədə sualına cavabında qurumun rəsmisi bundan yalnız dünən xəbər tutduğunu, habelə “diplomatik və əməliyyat təhlükəsizlik həssaslığını” əsas gətirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Suriya   ABŞ   hərbçilər  





Xəbər lenti