Yüzlərlə rusiyalı erməni İrəvanda “qara siyahı”ya salınıb

Yüzlərlə rusiyalı erməni İrəvanda    “qara siyahı”ya    salınıb
  19 Dekabr 2024    Oxunub:549
Ermənistan hakimiyyəti Rusiya erməniləri ittifaqının rəhbəri Ara Abramyanın ölkəyə girişinə qadağa qoya bilər.
AzVision.az xəbər verir ki, “Past” qəzetinin iddiasına görə, Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyan öz ölkəsinin Xarici İşlər nazirliyinə 550-yə yaxın adın, o cümlədən jurnalistlərin, mədəniyyət xadimlərinin, politoloqların, Rusiya erməniləri ittifaqının üzvlərinin və başqalarının daxil olduğu qara siyahı təqdim edib.

“Bununla müvafiq informasiya fonu yaradan hakimiyyət, ictimai rəyi gələcək tədbirlərə hazırlayır”, - qəzet vurğulayıb.

Rusiyalı politoloqun Ermənistana girişi qadağan olunub
Qeyd edək ki, bir neçə gün əvvəl erməni politoloq Andranik Miqranyanın Ermənistana girişinə qadağa qoyuldu və bu, Rusiyada qeyri-dost addım kimi qiymətləndirildi. İlkin məlumatlara görə, Miqranyan valideynlərinin məzarını ziyarət etmək üçün İrəvana uçub. Lakin artıq Rusiyanın sərhəd xidməti əməkdaşlarının nəzarəti altında olmayan “Zvartnots” hava limanından onu geri qaytarıblar.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:   Ermənistan   Abramyan  





Xəbər lenti