Kelloq: “Rusiya Ukraynadan 5 dəfə çox itki verib”

      Kelloq:    “Rusiya Ukraynadan 5 dəfə çox itki verib”
  19 Dekabr 2024    Oxunub:687
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə gələcək xüsusi nümayəndəsi Kit Kelloq Rusiya-Ukrayna müharibəsində tərəflərin itkiləri məsələsini şərh edib.
AzVision.az xəbər verir ki, Kit Kelloqq bu münaqişədə Rusiyanın itkilərinin Ukraynanın üzləşdiyi itiklərdən 5 dəfə artıq olduğunu bildirib.

“Böyük itkilərlə müşaiyət olunan dalğavari hücumlar Şimali Koreyalılar kimi rusların da adi təcrübəsidir”, - Kelloq deyib.

Rusiyalı generalın qətlində şübhəli bilinən şəxs saxlanılıb - VİDEO
Bununla belə, Trampın gələcək xüsusi nümayəndəsi “Fox News” telekanalına müsahibəsində Rusiyanın radiasiya, kimyəvi və bioloji silahlardan müdafiə (RKBZ) qoşunlarının rəisi general-leytenant İqor Kirilovun Moskvada öldürülməsini “elə də yaxşı ideya” olmadığını bildirib.

- Düşünmürəm ki, bu, həqiqətən də uğursuzluqdur, amma deyərdim ki, müharibənin qaydaları var və elə şeylər var ki, onları, sadəcə, etmirsən. Məsələn, döyüş meydanında yaralı əsgərləri öldürmürsən. Siz döyüşməyənləri öldürməməlisiniz. Doğma şəhərlərində mühüm generalları öldürəndə bir növ qaydaları genişləndirirsən və bunun həqiqətən də ağıllı olduğunu düşünmürəm”, - Kit Kelloq vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Kelloq   Rusiya   Ukrayna  





Xəbər lenti