Polşanın Ukraynaya hərbi yardımı tükənmək üzrədir

Polşanın Ukraynaya hərbi yardımı    tükənmək üzrədir
  19 Dekabr 2024    Oxunub:711
Varşava resurs çatışmazlığı səbəbindən Ukraynaya hərbi yardımı məhdudlaşdırmaq nöqtəsinə yaxınlaşıb.
AzVision.az xəbər verir ki, Polşanın Müdafiə nazirinin müavini Pavel Zalevski “Radio Zet” radiostansiyasının efirində ölkəsinin Ukraynaya hərbi yardım göstərmək imkanlarının praktiki olaraq tükənməsinə baxmayaraq, hələ də Kiyevi dəstəkləməkdə davam etdiyini vurğulayıb.

“Düşünürəm ki, nəyi verə bilərdiksə, verdik. Biz Ukraynanı dəstəkləyirik və dəstəkləyəcəyik, amma deyə bilərik ki, ifrat həddə yaxınlaşırıq və divara dirənirik”, - Polşanın Müdafiə nazirinin müavini deyib.

Zalevski MiQ-29 qırıcılarının Ukraynaya verilməsi ilə bağlı yayılan xəbərləri də təkzib edərək, belə bir məsələnin gündəmdə olmadığını vurğulayıb. Onun sözlərinə görə, təyyarəni təhvil vermək üçün adekvat əvəzetmə almaq və Polşanın mövqeyini gücləndirmək lazımdır.

Sahil İsgəndərov
AzVision.az




Teqlər: Polşa   Ukrayna   yardım  





Xəbər lenti