Rusiya hərbçilərinin Ukraynada sayı çoxalır

Rusiya hərbçilərinin Ukraynada sayı çoxalır
  18 Dekabr 2024    Oxunub:237
Ukraynada Rusiya qoşunlarının sayı daima artır və cəbhə xəttində vəziyyət çox gərgindir.
AzVision.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski Fransanın “Le Monde” qəzetinə müsahibəsində belə iddia səsləndirib.

“Rus qoşunlarının sayı durmadan artır. Bu il Ukrayna torpaqlarında əlavə 100 min rus əsgərinin olduğunu təxmin edirik. Müharibənin intensivliyi həm miqyas, həm də qoşunların sayı baxımından artır”, - Sırski bildirib.

Onun sözlərinə görə, üstəlik münaqişə elə texnoloji səviyyəyə çatıb ki, indi həm texnologiyanın, həm də hərbi qüvvələrin qarşıdurmasından danışmaq olar. Bu, qoşunların döyüş meydanlarında hərbi əməliyyatlar zamanı istifadə etdiyi taktikalara əhəmiyyətli dərəcədə təsir göstərib.

Sırski həmçinin hərbi güc, silah və əsgər baxımdan üstün olan düşmənə qarşı Ukrayna Silahlı Qüvvələrinin müdafiə strategiyasına malik olduğunu diqqətə çatdırıb.

- Müdafiədə əsas məqsədimiz döyüş meydanında düşməni maksimum itkiyə məruz qoymaq və onun ərazisinin dərinliklərində hərbi potensialını məhv etməkdir”, - Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı vurğulayıb.

Xatırladaq ki, 2023-cü ilin dekabrında Rusiya prezidenti Vladimir Putin müharibəyə 617 min hərbçinin cəlb olunduğunu açıqlamışdı. Bu ilin iyun ayında isə o, Ukrayna ərazisində təxminən 700 min rus əsgərinin döyüşdüyünü bildirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Sırski   Rusiya   qoşunlar  





Xəbər lenti