“Rusiya FTX-nin Rusiya Daxili İşlər nazirliyi və Rusiya İstintaq komitəsi ilə birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1995-ci il təvəllüdlü Özbəkistan respublikasının vətəndaşını müəyyən edərək saxlayıb. Onun Moskvanın Ryazanski prospektində yaşayış binasının yaxınlığında əldəqayırma partlayıcı qurğunu işə salması nəticəsində Rusiya Silahlı Qüvvələrinin RKBZ qoşunlarının rəisi general-leytenant İqor Kirillov və onun köməkçisi mayor İ.V.Polikarpov həlak olublar”, - bəyanatda deyilir.
Rusiyanın İstintaq komitəsi bildirib ki, qətlə görə sifarişçilər Özbəkistan vətəndaşına 100 min dollar və yaşamaq üçün Avropa ölkələrindən birinə göndəriləcəyini vəd ediblər.
FTX-nin məlumatına görə, terror aktını törədən şəxs Ukrayna xüsusi xidmət orqanları tərəfindən bu işə cəlb olunduğunu bildirib. Onların tapşırığı ilə o, Moskvaya gəlib, evdə hazırlanmış güclü partlayıcı qurğu aldıqdan sonra onu Kirillovun evinin girişində dayanmış elektrik skuterinə yerləşdrib.
Moskvada partlayış: Rusiyanın məşhur generalı öldürüldü - VİDEO |
Sahil İsgəndərov
AzVision.az