Ermənistanda siyasi gərginlik: Paşinyan deputatın həbsinə sifariş verdi

 Ermənistanda siyasi gərginlik:  Paşinyan deputatın həbsinə sifariş verdi
  17 Dekabr 2024    Oxunub:757
Yanvarın 20-də Ermənistanın baş prokuroru Anna Vardapetyan parlamentdə hakim “Mülki müqavilə” partiyasının keçmiş, hazırda isə müstəqil deputatı olan Ovik Aqazaryanın toxunulmazlığının ləğvi təklifi ilə çıxış edəcək. Bundan sonra Aqazaryanı həbs, yaxud ev dustaqlığı gözləyir.
AzVision.az xəbər verir ki, bu barədə 24News-a deputatın vəkili Akop Çaroyan məlumat verib.

Ermənistan mediası yeni "nazir ovu"ndan yazıb
Vəkil iddia edib ki, deputata qarşı cinayət işinin başlanması baş nazir Nikol Paşinyanın şəxsi sifarişi ilə həyata keçirilib:

“Bu, açıq-aydın siyasi motivli bir qərardır və mən müdafiə etdiyim siyasətçiyə qarşı ittihamların sifarişlə irəli sürüldüyünə əminəm.”

Xatırladaq ki, oktyabr ayında parlamentdə Ovik Aqazaryanla İstintaq Komitəsinin keçmiş rəhbəri Arqişti Karamyan arasında söz davası baş vermişdi. Gərgin müzakirə az qala fiziki qarşıdurmaya çevriləcəkdi.

Bu insidentdən az sonra Karamyan vəzifəsindən azad edildi. Maraqlıdır ki, həmin mübahisədə iştirak edən digər deputat Narek Zeynalyan da istefa verib. Lakin Aqazaryan mandatından imtina etməyərək, “Mülki müqavilə” partiyasını tərk etdikdən sonra fəaliyyətini müstəqil deputat kimi davam etdirməyə qərar verib.

Tural Tağıyev
AzVision.az








Teqlər:   Deputat   Paşinyan   Ermənistan  





Xəbər lenti