Skuterlə qətlə yetirilən məşhur rus generalın maraqlı bioqrafiyası

   Skuterlə qətlə yetirilən məşhur rus generalın  maraqlı  bioqrafiyası
  17 Dekabr 2024    Oxunub:628
Xəbər verdiyimiz kimi bu gün Moskvada baş verən partlayış zamanı Rusiya Federasiyası Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Mühafizə Qoşunlarının (RXBZ) rəisi general-leytenant İqor Kirillov həlak olub.
Onunla bərabər generalın köməkçisi də qətlə yetirilib. İqor Kirillovu skuterə quraşdırılmış partlayıcı ilə aradan götürüblər.
Hazırda dünya mediasının gündəminə çevrilən bu qalmaqallı qətllə bağlı bir sıra versiyalar səsləndirilir. Ukrayna mediası Rusiya ordusunun əsas fiqurlarından birinin məhv edildiyini yazır.

İqor Kirillov kimdir?

İqor Anatolyeviç Kirillov 13 iyul 1970-ci ildə Kostromada anadan olub.

1991-ci ildə Kostroma Ali Hərbi Komandanlıq Kimyəvi Müdafiə Məktəbinin (hazırda Sovet İttifaqının Marşalı S.K. Timoşenko adına Rusiya Kimya Müdafiə Zavodunun Hərbi Akademiyasının tərkibindədir-red.) məzunu olub. O, 2007-ci ildə həmin akademiyanı bitirib və hərbi elmlər namizədidir.

Kirillov 1991-1995-ci illərdə Almaniyada Qərb Qüvvələr Qrupunda və Moskva Hərbi Dairəsində tağım komandiri kimi xidmət edib.

O, 1995-2009-cu illərdə bölük komandiri vəzifəsindən RXBZ briqadasının komandirinə qədər vəzifələr tutub.

Hərbçi 2009-2014-cü illərdə Rusiya Silahlı Qüvvələrinin Kimyəvi Müdafiə Qüvvələrində müxtəlif rəhbər vəzifələrdə çalışıb.

Moskvada partlayış: Rusiyanın məşhur generalı öldürüldü - VİDEO
General 2014-cü ilin sentyabr ayından 2017-ci ilin aprel ayına qədər Sovet İttifaqının marşalı S.K.Timoşenko adına Rusiya Kimyadan Müdafiə Zavodunun Hərbi Akademiyasının rəisi işləyib.

O, 2017-ci ilin aprelində Rusiya Silahlı Qüvvələrinin Rusiya Kimyəvi Müdafiə Qüvvələrinin rəisi təyin edilib. Kirrillob bu vəzifədə general-leytenant Eduard Çerkasovu əvəz edib.

Mükafatlar və titullar

General-leytenant, Rusiya Federasiyasının Əmək Qəhrəmanı. İqor Kirillovun mükafatları arasında III və IV dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Hərbi xidmətlərə görə” ordeni, II dərəcəli “Vətənə xidmətə görə” medalı var.

Bundan başqa o, Kostroma vilayətinin fəxri vətəndaşıdır(2022).

2018-ci ildə İqor Kirillov “Rusiya Federasiyası Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının 100 illiyi” kitabının ərsəyə gəlməsində iştirak edib. O, ABŞ-nin Ukrayna və digər dövlətlər ərazisində hərbi-bioloji fəaliyyətini təhlil edən elmi nəşrlərin müəllifi və həmmüəllifi olub.

Rusiya Ukraynada müharibəyə başlayandan sonra, general 2022-ci ilin martında Müdafiə Nazirliyinə Ukrayna ərazisində 30-dan çox bioloji laboratoriya şəbəkəsinin formalaşması barədə hesabat təqdim edib. Onun iddialarına görə, biolaboratoriyalar Amerika Birləşmiş Ştatlarının olub. Generalın hesabatlarında qeyd edilib ki, Ukraynaya gələn amerikalı hərbçilər koronavirus infeksiyasının müalicəsi və profilaktikası vasitələrinin sınaqdan keçirilməsi bəhanəsi ilə əsasən slavyan etnik qrupuna aid olan xəstələrdən bir neçə min nümunə götürüblər. Kirillov iddia edirdi ki, bu laboratoriyalar həmçinin yoluxucu xəstəlik törədicilərinin toplanmış ştammlarını ABŞ-yə göndərirmiş. Halbuki patogenlərin daşınması və digər bu kimi proseslər ÜST, Bakterioloji (Bioloji) və Toksin Silahları Konvensiyası (BTWC) və ya digər beynəlxalq qurumlar çərçivəsində nəzarətə götürülməli imiş.

Tural Tağıyev
AzVision.az



Teqlər:   General   Rusiya   Qətl  





Xəbər lenti