İsrail Suriyanın 12 mövqeyinə hücum edib

İsrail Suriyanın 12 mövqeyinə hücum edib
  16 Dekabr 2024    Oxunub:704
İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları və donanma gəmiləri son saatlarda Suriya Hava Hücumundan Müdafiə qüvvələrinin 12 batareyasına və erkən xəbərdarlıq radarlarına raket zərbələri endirib.
AzVision.az xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.

Bildirilir ki, hücum nəticəsində ölən və yaralananlar var. İsrail təyyarələri əsasən ölkənin Tartus və Latakiya arasındakı sahil bölgələrindəki hərbi hədəflərə hücum edib.

Bundan əlavə, Suriya ordusunun Tartus şəhərinin şərqində (Dəməşqdən 220 km məsafədə) yerləşən sursat anbarlarına da hava hücumları həyata keçirilib. Hadisə şahidləri bombalanan ərazilərdə güclü partlayışların olduğunu bildiriblər.

Qeyd edək ki, İsrailin Suriyanın Tartus şəhərinə atdığı bombalar Rixter cədvəli ilə 3 bal gücündə zəlzələyə səbəb olduğu bildirilir.

Həmidə İbrahimova
AzVision.az


Teqlər: Suriya   İsrail  





Xəbər lenti