Çin şəhərlərində işsizlik 5,1%-ə düşüb

Çin şəhərlərində işsizlik 5,1%-ə düşüb
  16 Dekabr 2024    Oxunub:550
Yanvar-noyabr aylarında Çinin şəhərlərində işsizlik səviyyəsi illik müqayisədə 0,1 faiz bəndi azalaraq 5,1%-ə düşüb.
Bu barədə Çin Xalq Respublikasının Dövlət Statistika İdarəsi məlumat yayıb. Qeyd olunub ki, noyabrda göstərilən rəqəm oktyabr ayı ilə müqayisədə dəyişməyərək 5% səviyyəsində olub. Vurğulanıb ki, ölkədə iş həftəsinin orta müddəti 48,9 saata çatıb və 2023-cü ildə Çin hakimiyyəti 12,44 milyon yeni iş yeri açıb.

İdarə əmək miqrasiyası da daxil olmaqla əsas amillərin spesifik xarakterinə görə müntəzəm hesabatlarda kənd yerlərində məşğulluq bazarı ilə bağlı məlumatları təqdim etmir.


AzVision.az


Teqlər:





Xəbər lenti