Cənubi Koreyanın prezidenti istefaya göndərildi
İmpiçment üçün deputatların ən azı üçdə ikisinin dəstəyi lazımdır. Bununla belə, proseduru başladan altı müxalifət partiyasının cəmi 192 mandatı olduğundan, onlar hakim “Xalq Gücü” partiyasının ən azı səkkiz üzvünün dəstəyini almalı idilər ki, bunu da edə biliblər.
Eyni zamanda, Seulun Mərkəzi Dairə Məhkəməsi ölkə prezidenti Yun Sok Yola hərbi vəziyyətin tətbiqində köməklik etməkdə şübhəli bilinən Cənubi Koreya polisi rəhbərliyinin həbsinə qərar verib.
“Prokurorluğun tələbi ilə Milli Polis Agentliyinin baş komissarı Ço Ci Ho və Seul polisinin rəisi Kim Bon Sik barəsində müvafiq qərar qəbul edilib”, - agentlik yazıb.
Həmin şəxslər hərbi vəziyyət elan edildikdən sonra Milli Məclisin (MM) mühasirəyə alınmasına göstəriş verdikləri və dövlət başçısının qərarı ilə səsvermədə iştirak etməli olan deputatları qanunvericilik binasına buraxmadıqları üçün dekabrın 11-də saxlanılıblar.
Parlamentdə impiçment prosedurundan əvvəl şənbə günü Cənubi Koreyanın paytaxtı Seulda ən azı 200 min insanın prezidentin həbsi tələbi ilə küçələrə çıxacağı barədə xəbərlər yayılmışdı.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Seul prezident impiçment