Rus ordusu Ukraynada sürətlə irəliləyir

   Rus ordusu Ukraynada sürətlə irəliləyir
  14 Dekabr 2024    Oxunub:1049
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Donetsk vilayətinin cənub-qərbində Pokrovsk və Vremyevski istiqamətlərində “gərgin vəziyyət” olduğunu bildirib. Rus qoşunları əsas hücum səylərini məhz orada cəmləşdirir.
xəbər verir ki, məlumatda rusların hücumunun habelə Kuraxovsk və Limansk şəhərləri istiqamətində daavm etdiyi bildirilir.

Hesabatda yaxınlığında döyüşlərin getdiyi yaşayış məntəqələri sadalanır. Son günlər həm Rusiya, həm də Ukrayna mənbələrinin yazdığına əsasən, onların arasında Ukrayna hərbçilərinin mühasirəyə alınmaq təhlükəsi ilə üzləşdiyi Kuraxovo şəhərinin cənubunda yerləşən bir sıra kəndlər var.

“Rusiya hərbçiləri Veselıy Qayı, Yelizavetovkanı və Romanovkanı işğal edib, həmçinin Uspenovkada da döyüşlər aparılır”, - cəbhədə dəyişiklikləri izləyən “DeepState” analitik layihəsi bu gecə baş verənlər haqqında məlumat verib.

Bundan əvvəl rusiyalı hərbi blogerlər adları çəkilən yaşayış məntəqələrinin ələ keçirilməsi barədə məlumat vermişdilər. Xəbər təsdiqlənərsə, bu o demək olacaq ki, ukraynalı hərbçilər mühasirəyə düşməkdən qaça bilsələr də, Kuraxovonun cənubundakı əraziləri itirib. Şəhərin özündə də döyüşlər davam edir. Rusiya mənbələri onun təxminən yarısının, xüsusilə də şərq hissəsindəki taxıl elevatorunun ələ keçirildiyini və orada Rusiya bayrağının asıldığını iddia edir.

Rusiya qüvvələri, eyni zamanda, Donetsk vilayətinin cənub-qərbində Ukraynanın nəzarətində qalan ən böyük şəhər olan Pokrovska doğru irəliləməyə davam edir.

- Birbaşa hücumdan imtina edən rus ordusu cənubdan şəhərə girməyə çalışır. Kuraxovo və Pokrovsk bölgəsində Rusiya hərbçilərinin Donetsk vilayətinin inzibati sərhədinə çatmasına 10-15 kilometr qalıb”, - Amerikanın Müharibənin Tədqiqi İnstitutunun (ISV) analitikləri vurğulayırlar.

“Financial Times” mənbələri bu ərəfədə Ukraynanın “Donetsk” taktiki-əməliyyat qrupunun komandanı Aleksandr Lutsenkonun işdən çıxarıldığını, onun yerinə isə briqada generalı Aleksandr Tarnavskinin təyin edildiyini bildirib. Bu, rəsmi olaraq təsdiqlənməyib. Yeri gəlmişkən, bir sıra məşhur ukraynalı bloggerlər və teleqram-kanalları Lutsenkonu tənqid ediblər.

Qeyd edək ki, son aylar Rusiya qoşunları Ukrayna ərazilərini ələ keçirmə və irəliləmə sürətini artırdılar - orta hesabla, mövcud məlumatlara əsasən, gündə 10 kvadrat kilometrdən çox ərazi onların nəzarətinə keçir. Eyni zamanda, cəbhədə hələ də sıçrayış yoxdur. Hər bir yaşayış məntəqəsi üçün döyüşlər gedir və cəbhə xəttinin çox hissəsində aylardır ki, vəziyyət faktiki olaraq dəyişməyib.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Rusiya   Ukrayna   cəbhə  





Xəbər lenti